Dünyada görünməmiş şərab festivalı AZƏRBAYCANDA -VİDEO-FOTOSESSİYA
    • 31-08-2019, 17:22
    • 4 415

Dünyada görünməmiş şərab festivalı AZƏRBAYCANDA -VİDEO-FOTOSESSİYA

Şamaxı rayonunun Meysəri kəndində Azərbaycanda ilk dəfə Üzüm və Şərab Festivalı keçirilir.

Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunub.

News24.az-ın xəbərinə görə, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.
Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.


Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Heydər Əliyev Fondunun icraci direktoru Anar Ələkbərov, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov və digər dövlət nümayəndələri, tanınmış ziyalılar, mətbuat təmsilçiləri iştirak edib.




Festivalın açılış mərasimindən sonra təşkil olunan konsertdə “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu, Xalq artistləri Aygün Kazımova və Samir Cəfərovun ifalarında festival üçün hazırlanmış repertuar təqdim olunub.



Eyni zamanda festivalda şərab sərgisi açılıb. Şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər. Şərab istehsalçılarının paradı təşkil olunub. Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib.

Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov çıxış edərək festivalla bağlı fikirlərini paylaşıb. Daha sonra achilishda ishtirak eden rəsmilər iştirakçılara qoşularaq “Yallı” gedib.

Teymur Məmmədov
Video/Foto-Fərid Şabanov