Ölü qəlb canlandırıldı - – 3 aylıq körpəyə uğurlu nəql!
Sağlamlıq
ABŞ-ın Duke Universitetində həkimlər, 5 dəqiqədən çox müddət dayandıqdan sonra “masa üstündə” yenidən işə salınan donor qəlbini 3 aylıq körpəyə uğurla nəql etdilər. Oksigen təminatı, nasos və qan toplayıcı sistemlərlə qəlb bədəndən kənarda yenidən işə salındı.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Əməliyyatdan 6 ay sonra körpədə nə orqan rəddi, nə də funksiya pozğunluğu müşahidə olunmadı. Bu metodla indiyədək 3 körpəyə uğurlu qəlb köçürülməsi həyata keçirilib. Həkimlər bunu yeni nəsil “masa üstündə canlandırma” texnikasının əhəmiyyətli uğuru kimi qiymətləndirir.
Xeyrənsə Piriyeva