Tbilisidə üç mikroavtobus toqquşdu, yaralılar arasında azərbaycanlı da var
    • 31-08-2019, 23:24
    • 620

Tbilisidə üç mikroavtobus toqquşdu, yaralılar arasında azərbaycanlı da var

Gürcüstanda 20 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "RİA Novosti" - a istinadən xəbər verir ki, hadisə paytaxt Tbilisidən 18 km məsafədə yerləşən Teleti kəndində olub.

Üç mikroavtobusun toqquşması ilə nəticələnən qəzada 20 nəfər yaralanıb, iki nəfər isə ölüb.

Yaralananlardan 17-si və ölənlərin hər ikisi Ermənistan vətəndaşlarıdır. İki yaralı Gürcüstan, biri isə Azərbaycan vətəndaşı olub.

Hadisənin digər təfərrüatları haqqında məlumat yoxdur.