Fransadan Zelenskiyə çağırış: - Bu qanunu ləğv edin

Fransadan Zelenskiyə çağırış: - Bu qanunu ləğv edin Dünya

Fransanın Avropa üzrə naziri Benjamin Haddad Ukrayna prezidenti Vladimir Zelenskini antikorrupsiya qurumlarının səlahiyyətlərini məhdudlaşdıran qanunu ləğv etməyə çağırıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Bu qərarı yenidən nəzərdən keçirmək üçün hələ gec deyil. Biz hadisələri yaxından izləyəcəyik", - nazir detalları paylaşıb.

Onun sözlərinə görə, bu cür addımlar Ukraynanın Aİ-yə daxil olmaq kursuna ziddir.