Sumqayıtda sürücü piyadanı VURUB QAÇDI
    • 2-09-2019, 11:26
    • 597

Sumqayıtda sürücü piyadanı VURUB QAÇDI

Avqustun 31-də saat 12 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Corat qəsəbə sakini Mənsumə Əliyeva vurulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.