"2019- cu ildə əkin subsidiyasına 292 mln manat  ayrılıb"- NAZİR MÜAVİNİ
    • 2-09-2019, 16:42
    • 777

"2019- cu ildə əkin subsidiyasına 292 mln manat ayrılıb"- NAZİR MÜAVİNİ

"Ümumillikdə 2019- cu ildə əkin subsidiyasına 292 mln manat müəyyənləşib".

News24.az-ın xəbərinə görə, bunu Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

O, yeni müəyyənləşdirilmiş əmsallarla bağlı danışarkən qeyd edib ki, intensiv bağlara subsidiyaların verilməsi bu ildən başlanılır :" Məqsədimiz intensiv bağlara marağı artırmaqdır".

Nazir müavini vurğulayıb ki, bu ilin 6 ayında kənd təsərrüfatı sahəsində 13 faizlik artım müşahidə edilib.

Xatırladaq ki, Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib.

Bununla bağlı Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib.

Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək.

Afaq Mirayiq