Yasamalda evdən 61 yaşlı kişi MEYİTİ TAPILDI
    • 3-09-2019, 12:26
    • 727

Yasamalda evdən 61 yaşlı kişi MEYİTİ TAPILDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Əliyev Bəhram Eynulla oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.