Bakıda evdən 63 yaşlı kişi meyiti TAPILDI
    • 26-11-2019, 10:43
    • 746

Bakıda evdən 63 yaşlı kişi meyiti TAPILDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Həsənov Taleh Saleh oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.