Bakıda evdən 63 yaşlı qadın meyiti TAPILDI
    • 25-02-2020, 15:17
    • 800

Bakıda evdən 63 yaşlı qadın meyiti TAPILDI

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Xozeykova Larisa Yuriyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.