"ASAN Könüllüləri" Gədəbəyin HƏRBİ HİSSƏLƏRİNDƏ - FOTOLAR
    • 27-08-2019, 16:33
    • 637

"ASAN Könüllüləri" Gədəbəyin HƏRBİ HİSSƏLƏRİNDƏ - FOTOLAR

Bu gün media nümayəndələri və "Hərbiyyə" hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları Gədəbəyin müdafiəsində dayanan hərbi hissələrin bölmələrində olublar.

News24.az xəbər verir ki, xüsusi təyinatlılar, dağ atıcıları onlara nümunəvi göstərişlər təqdim ediblər. "Hərbiyyə" hərbi-düşərgəsinin iştirakçıları olan "ASAN Könüllüləri" də hərbçilərə  qoşularaq dağ aşırım əməliyyatlarında, çay keçidində eksterimal şəraitdə necə hərəkət etməli olduqlarını öyrənib, yarışlarda iştirak ediblər. Fərqlənən könüllülər hərbi hissənin rəhbərliyi tərəfindən hədiyyə ilə mükafatlandırılıblar.

Bu gün eyni zamanda silah və texnikanın sərgisinə baxış olub. Sərgidə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silah və digər avadanlıqlar nümayiş olunub. Sonda "Hərbiyyə" hərbi-vətənpərvlik düşərgəsinin iştirakçıları əsgərlərlə birlikdə səhra şəraitində nahar ediblər. Hazırda döyüş patrollarından istifadə etməklə atış yarışları keçirilir. Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun atası və anası da könüllülərin və əsgərlərin yanındadır. Bu gün hərbi düşərgənin iştirakçıları Məzahir Rüstəmovun şəhid olduğu Mutudərə zirvəsinə də qalxacaqlar. Zirvədə "Şəhidlər ölməz, vətən bölünməz" devizi altında anım mərasimi keçiriləcək.