Bakıda Milli Qəhrəmana HEYKƏL QOYULDU- FOTO
    • 3-09-2019, 15:55
    • 886

Bakıda Milli Qəhrəmana HEYKƏL QOYULDU- FOTO

Bakının Nərimanov rayonunda Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunova heykəl qoyulub.

Rayonda A.Aqarunovun adına küçə də verilib.
Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Xatırladaq ki, Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.
Bu il şəhidin 50 illik yubileyidir. /report/