İpoteka kreditinin həcmi məlum oldu

İpoteka kreditinin həcmi məlum oldu İqtisadiyyat

Bugünədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 54 984 borcalana 3,568 milyard manat kredit verilib.

News24.az xəbər verir ki, bu barədə Modern.az-a İKZF-dən məlumat verilib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 581 milyon manata bərabər olub.

7 751 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.