Bu ərazilərdə qaz olmayacaq - sakinlərin NƏZƏRİNƏ
    • 4-09-2019, 09:51
    • 897

Bu ərazilərdə qaz olmayacaq - sakinlərin NƏZƏRİNƏ

Sentyabrın 4-də saat 10:00-dan etibarən işlər başa çatanadək ölkənin bir neçə yerində qaz təchizatında dayandırmalar tətbiq olunacaq.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, Mövsümü işlərin icra olunması ilə bağlı Beyləqan rayonunun bir neçə kənd və qəsəbəsində, qaz xətlərində birləşdirmə işlərinin görülməsi ilə bağlı Abşeron rayonunun Müşviqabad və 28 May qəsəbələrində, Qaz İxrac İdarəsinin ölçü qovşaqlarında quraşdırma işləri ilə əlaqədar Hacıqabul və Şirvan rayonlarının bir qrup abonentinin qaz təchizatında fasilələr yaranacaq.

Afaq Mirayiq