Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
    • 15-08-2018, 16:42
    • 753

Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI

Dövlət imtahan Mərkəzi (DİM) 2018/2019-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
 
Tələbə adını qazanmış hər kəsi təbrik edirik!