-
- 15-08-2018, 16:48
- 1 032
Dayısını həkim adı ilə Bakıya gətirib - Küçəyə atdı -FOTO
Bu gün Bakı şəhər Səbail rayonu ərazisindəki Axundov parkında kimsəsiz qoca kişi tapılıb.
Adının Əsgərov Maarif Şıxəli oğlu olduğunu deyən şəxs 1942-ci il təvəllüdlüdür. Gəncə şəhər sakini olan 76 yaşlı qocanın dediyinə görə, o bir neçə gündür bu parkda gecələyir. Maarif Əsgərovu öz bacısı qızı Nəhayət həkim müayinəsi adı ilə Bakıya gətirib. Daha sonra onu şəhərdə qoyaraq tərk edib.
Maarif Əsgərovun sözlərinə görə, 3 oğlu, 2 qızı var. Qızları hazırda Gəncədə yaşayır. Amma ataları ilə münasibətləri yoxdu. Həyat yoldaşı Fənarə Əsgərova isə 4 il əvvəl dünyasını dəyişib.
O, Qocalar evinə yerləşmək üçün yardım istəyir. Bunun üçün sənədlərinin qaydaya salınmasına ehtiyac var.
Xatırladaq ki, M.Əsgərov 1 aydan çoxdur ki, Gəncədən Bakıya gətirilib. İki gündür ki, Sumqayıtda qaldığı bacısı qızı onu Bakıya gətirib və burada qoyaraq tərk edib.
Femida.az