-
- 4-09-2019, 15:56
- 745
Sülh aylığı çərçivəsində silsilə tədbirlər DAVAM ETDİRİLİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq, bu il də avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə “Sülh aylığı” keçirilir.
Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, bu aylıq çərçivəsində respublikamızın hər bir şəhər və rayonunda mərkəzi və yerli icra hakimiyyəti orqanları beynəlxalq təşkilatlar, təhsil müəssisələri, QHT və KİV-lə əməkdaşlıqda ictimaiyyətin fəal iştirakı ilə bu mövzu ilə bağlı konfranslar, dəyirmi masalar, maarifləndirmə tədbirləri keçirir, müsabiqələr və sərgilər təşkil edirlər.
Gəncə regional mərkəzi tərəfindən Samux və Gədəbəy rayonlarının Heydər Əliyev Mərkəzlərində, habelə Göygöl Rayon İcra Hakimiyyəti ilə birgə həmin rayonun Heydər Əliyev Mərkəzində, Cəlilabad Regional Mərkəzi tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə Şöbəsi ilə birgə Lənkəran Mərkəzi Kitabxanasında, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Lənkəran şəhər Gənclər və İdman İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə Şöbəsi ilə birgə Lənkəran Gənclər Evində, Şəki Regional Mərkəzi tərəfindən Mingəçevir şəhərində, Oğuz və Zaqatala rayonlarının bir sıra kəndlərində, həmçinin Quba Regional Mərkəzi tərəfindən Xaçmaz Quba və Qusar rayonlarının kəndlərində silsilə tədbirlər keçirilib.
Bu tədbirlərdə dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyələrin, təhsil müəssisələrinin, icmaların nümayəndələri, ağsaqqallar, məktəb müəllimləri, dindarlar, fəal gənclər, geniş ictimaiyyət iştirak ediblər.
Ombudsmanın regional mərkəzlərinin rəhbərləri çıxış edərək, 1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən atəşkəs sazişinin imzalanması, əzəli torpaqlarımızın məhz sülh yolu ilə qaytarılmasına səy göstərilməsi, Ulu öndərin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu məsələdə yürütdüyü siyasət, eyni zamanda atəşkəs rejiminə baxmayaraq, erməni hərbi birləşmələrinin mütəmadi olaraq, bu sazişin şərtlərini pozması, sərhədyanı kəndlərə müxtəlif iri çaplı silahlardan atəş açmaqla mülki əhaliyə ciddi ziyan vurması, insanların həyatına təhlükə yaratması, onların yaşamaq, sərbəst hərəkət etmək və digər hüquqlarını pozması barədə məlumat veriblər.
Eyni zamanda BMT-nin qərarına əsasən 1981-ci ildən 21 sentyabr tarixinin bütün dünya ölkələrində Beynəlxalq Sülh günü kimi qeyd olunduğunu, bu günün keçirilməsinin mahiyyəti, sülh dialoqu, münaqişələrin həllinə və sülh prosesinə dəstək verilməsini, Müvəkkilin təşəbbüsü ilə hər il ölkəmizdə ənənəvi olaraq keçirilən “Sülh aylığının”, bu aylıq çərçivəsində keçirilən müxtəlif tədbirlərin cəmiyyətdə hüquq mədəniyyətinin və sülh mədəniyyətinin geniş yayılmasında əhəmiyyətini vurğulayıb, sülh mədəniyyətinin insan hüquqlarının müdafiəsində rolu barədə məlumat verərək, Azərbaycan Respublikasının hər zaman sülhsevər siyasət yürütdüyünü, ölkədaxili və beynəlxalq münasibətlərdə sülhə böyük tövhələr verdiyini qeyd ediblər.
Aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmizin tolerantlıq məkanı kimi dünyada nüfuz qazandığı, multikultural dəyərlərə malik nümunəvi dövlət olduğu diqqətə çatdırılıb, xalqımızın sülhpərvər dəyərlərinin dünya sülhünə də model ola biləcəyi vurğulanıb.
Universal sülhün möhkəmləndirilməsi istiqamətində qətiyyətli tədbirlərin görülməsinin, sülhün pozulmasına gətirib çıxara bilən münaqişələrin dinc vasitələrlə ədalətli şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının vacibliyi vurğulanaraq, hər il Müvəkkil tərəfindən müvafiq Bəyanatlar qəbul olunduğu və nüfuzlu beynəlxalq qurumlara göndərildiyi diqqətə çatdırılıb.
Tədbirlərdə Azərbaycan Ombudsman təsisatının insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumatlar verilib.
İştirakçılar bu aylığın keçirilməsinin əhəmiyyətli olmasını qeyd edib və bununla əlaqədar Müvəkkilə minnətdarlıqlarını bildiriblər. Sülh aylığı çərçivəsində silsilə tədbirlər davam etdirilir.