-
- 3-10-2019, 17:19
- 1 116
Cəlilabad Regional Mərkəzi maarifləndirmə TƏDBİRİ KEÇİRİLİB
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsininin birgə təşkilatçılığı ilə Lənkəran rayonu, Şıxəkəran kənd tam orta məktəbi və Aşağı Nüvədi qəsəbə tam orta məktəbində “Mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
News24.az xəbər verir ki, keçirilən tədbirlərdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov çıxış edərək, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın adından tədbir iştirakçılarını salamlayaraq, yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etmiş, təhsil sahəsində uğurlar diləmiş və bütün əhali qrupları kimi uşaqların da daim Müvəkkilin diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.
Ombudsmanın əməkdaşı keçirilən tədbirlərdə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Uşaq Hüquqları Konvensiyası, Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı, Pilləli Tədrisi Layihəsi və onun əhəmiyyəti, Müvəkkilin 24 saat fəaliyyət göstərən 916 qaynar xətt xidməti və digər mühüm müddəalar barədə geniş məlumat verib.
Tədbirlərdə gənclər arasında mənəvi dəyərlərin təbliğ edilməsi və onların bu dəyərlər ruhunda formalaşmasının zəruriliyi vurğulanıb. Dini radikalizmə və digər zərərli vərdişlərə qarşı aparılan mübarizə tədbirləri haqqında da məlumat verilərək, gənclərimizin bu kimi mənfi cərəyanlardan və meyillərdən qorunmasının vacibliyi diqqətə çatdırılıb.