Avtobusla avtomobil toqquşdu- QADININ AYAĞI AMPUTASİYA OLUNDU
    • 4-09-2019, 16:56
    • 730

Avtobusla avtomobil toqquşdu- QADININ AYAĞI AMPUTASİYA OLUNDU

Xətai rayonu, Nargilə kafesinin yaxınlığında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyindən News24.az -a verilən məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi Yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadın götürüb.

Həkimin verdiyi məlimata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıb: "Qəza nəticəsində digər xəsarət alanlar barədə məlumat daxil olsa əlavə xəbər veriləcək".