DYP rəisinin qardaşı oğlu Bakıda faciəvi şəkildə HƏLAK OLDU
    • 2-08-2019, 17:02
    • 2 464

DYP rəisinin qardaşı oğlu Bakıda faciəvi şəkildə HƏLAK OLDU

Bu gün Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi məlum olub.

Bu gün paytaxtın Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 26 yaşlı Əli Əmən oğlu Abbasov dünyasını dəyişib.

Onu da əlavə edək ki, Ə.Abbasov Xəzər rayon Dövlət Yol Polisi bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.

Qeyd edək ki, bu gün səhər saatlarında Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobili toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. /APA/