Bakıda 2 avtobus toqquşdu - 7 QADIN YARALANDI
    • 31-10-2019, 15:46
    • 1 014

Bakıda 2 avtobus toqquşdu - 7 QADIN YARALANDI

Yeni Ramana yolunda, Pedoqoji kollecin yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. 
Səhiyyə NazirliyindənNews24.az-a verilən məlumata görə, hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 6 qadın Təcili Tibbi Yardım avtomobili, 1 qadın isə şəxsi avtomobillə  3 saylı şəhər xəstəxanasına çatdırılıb. 
Vəziyyətləri orta- ağır kimi qiymətləndirilir.