-
- 15-08-2018, 20:00
- 992
Merkel Bakıya niyə gəlir? - Almaniyalı politoloqun şərhi
"Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana səfəri çətin ki, hansısa yeni xəbərlər gətirsin. Vaxtilə Almaniya şərq qonşuları ilə qarşılıqlı münasibətlərdə səhvlər buraxıb”
Bunu almaniyalı tanınmış politoloq Aleksandr Rar deyib. Onun sözlərinə görə, Merkelin 23 avqustda Tbilisiyə, ayın 24-də İrəvana və 25 avqustda isə Bakıya səfəri daha çox bir növ hesabat xarakterli olacaq.
"Merkel Avropa İttifaqında başlıca ölkələrdən olan Almaniyanın rəhbəridir. Avropa İttifaqının şərq tərəfdaşlarına münasibətdə siyasətinin formalaşdırılmasında Almaniya hansısa şəkildə iştirak etməlidir. Çünki "Şərq Tərəfdaşlığı” dalana dirənib və bilinmir ki, bu layihə hansı istiqamətə hərəkət edir. Hələ Ukrayna, Belarus və Moldova da var. Odur ki, xanım Merkelin postsovet məkanına getməsi zərurətdən irəli gəlir. Amma bu səfərdən ciddi qərarlar gözləmək lazım deyil”, – deyə, Rar bildirib.
Almaniyalı politoloqun fikrincə, Merkelin Cənubi Qafqaza səfərinin ən başlıca məqsədi region ölkələrini bundan sonra da Avropa İttifaqı ilə əməkdaşlıq etmələrinə razı salmaqdır.
Aleksandr Rar onu da vurğulayıb ki, enerji tədarükçüsü kimi Azərbaycanla münasibətlər, rəsmi Bakının təşəbbüskarı və iştirakçısı olduğu enerji layihələri Avropa, o cümlədən də Almaniya üçün olduqca vacibdir. Lakin Avropa İttifaqı və eləcə də Almaniya çoxdan Cənubi Qafqaz regionundakı mövcud ərazi problemlərinin həllində aktiv iştirak edə, müştərək iqtisadi zonalar yarada, Cənubi Qafqaz və Mərkəzi Asiyadan Avropaya gedən boru kəmərləri tikə və nəqliyyat dəhlizləri sala bilərdi. Amma Aİ şərq ölkələrini yalnız "liberal demokratik dəyərlərə” istiqamətləndirməklə səhv buraxıb.
Rarın sözlərinə görə, Brüssel bir növ şərt qoyur ki, ""demokratik” olsanız, tərəfdaş olarıq. Və əgər qərb nümunəsində liberal "demokratiya”nız olmasa, onda bizə lazım deyilsiniz”. Almaniyalı politoloqun fikrincə, bu cür mövqe tamamilə qeyri-rasional və səmərəsiz yanaşmadır.
//azvizion