Səməd Səmədov yenilik edəcək
    • 4-09-2019, 18:59
    • 927

Səməd Səmədov yenilik edəcək

Üç aydır efirlərə cıxmayan xalq artisti Səməd Səmədov artıq yeni prodüser və yeni layihə ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

News24.az xəbər verir ki, illərdir bərabər calışdığınız Rövşənlə işbirliyiniz nədən bitdi sualına müğənni “Allah Rövşəni də onun balalarini da qorusun. İşbirliyimiz bitsə də yenə ailəvi dostluq edirik. Rövşən mənim halallığımla dostumuz xalqımızın sevimlisi Nadir Qafarzadənin yanına qayıtdı.

Rövşən əvvəldən də Nadirlə birgə çalışmışdı. Biz 6-7 il bərabər işlədik. Rövşənlə Azərbaycanın rayonlarını qarış-qarış gəzmişik. Konsertlərdə, tədbirlərdə toylarda olmuşuq. Onun mənə böyük köməkliyi dəyib” deyə cavab verib. Əlavə edib ki, hazırda yeni bir prodüsserlə yeni layihələrə imza atib.

Qeyd edək ki yeni prodüsser Rəhilə Əliyeva eyni zamanda Səməd Səmədovun yeni duet ortağıdır. Rəhilə xanımın müğənni ilə ailəvi dostluğu illərə söykənir. Belə ki prodüserindən ayrilan xalq artisti Rəhilə xanima işbirliyi təklif edəndən sonra onun həm də gözəl səsə malik olduğunu öyrənib.

Onların beləliklə “Allah qorusun” adlı ilk duetləri yaranıb. Artıq üç duetləri hazır olan cütlüyü tamaşaçılar bundan sonra duet ortağı olaraq görəcək.

Məmmədbağır Bağırzadənin repertuarından “Darıxıram” mahnısını lentə yazdırdıqdan sonra onlar növbəti layihələrə imza atmaq fikrindədirlər.