Fındıq yığmağa getmişdi, qayıdanda evini külə dönmüş gördü
    • 5-09-2019, 01:53
    • 928

Fındıq yığmağa getmişdi, qayıdanda evini külə dönmüş gördü

Qaxda yaşayış evi yanaraq kül olub.

News24.az xəbər verir ki, hadisə rayonun Tasmalı kəndində baş verib.

Kənd sakini, 62 yaşlı Səfərəli Camalova məxsus ümumi sahəsi 165 kvadratmetr olan ev alışıb.

Yanğın baş verən əraziyə Qax və Zaqatala rayonlarından 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Yanğın zamanı ev içərisindəki əşyalarla birlikdə yanıb. Həyətdə olan tövlə və evə bitişik yarımtikili isə yanğından mühafizə olunub.

Ev sahibinin sözlərinə görə, yanğın baş verən vaxt onlar fındıq bağında olublar.

Faktla bağlı araşdırma aparılır.