Göygöldə yanğın olub
    • 15-04-2019, 14:32
    • 708

Göygöldə yanğın olub

Göygöl rayonunun Aşıqlı kəndində yanğın hadisəsi baş verib.
 
FHN-dən News24.az-a verilən məlumata görə, kənddə ümumi sahəsi 168 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 144 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb