Təmir şəxsi içindəki maşınla birlikdə yandı kül oldu -Balakəndə
    • 28-01-2020, 22:35
    • 911

Təmir şəxsi içindəki maşınla birlikdə yandı kül oldu -Balakəndə

Balakəndə maşın təmir sexi içindəki maşınla birgə yanıb.

News24.az xəbər verir ki, bu gün axşam saat 20 radələrində Balakən rayonu Katex kəndində kənd sakini Fərrux Piriyevə məxsus, ümumi sahəsi 80 kv/m olan və hazırda fəaliyyət göstərən maşın təmiri sexində yanğın baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən və Zaqatala rayonlarının dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. 

Yanğın nəticəsində sexin yanar konstruksiyaları və təmirə gətirilmiş, Ramin Davodova məxsus minik avtomobili yanıb. Yanğının yaxındakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.