Azərbaycan Yazıçılar Birliyinin üzvü VƏFAT ETDİ - FOTO
    • 19-03-2020, 10:18
    • 1 715

Azərbaycan Yazıçılar Birliyinin üzvü VƏFAT ETDİ - FOTO

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Fuad Babanlı vəfat edib.

News24.az xəbər verir ki, Fuad Babanlı 17 aprel 1945-ci ildə Qazax şəhərində müəllim ailəsində anadan olub. 1951-1961-ci illərdə Qazaxda orta məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis olan şair müxtəlif vəzifələrdə çalışıb. İki oğlu, dörd nəvəsi var. Oğullarından biri tanınmış azərbaycanlı ovçu Faiq Babanlıdır.

Qeyd edək ki, Fuad Babanlı doğulduğu Qazax şəhərində dəfn edilib.

Sevda Bayramova