Lavrov Alyaskaya üzərinə "SSRİ" yazılan sviterlə getdi - FOTO
Dünya
Bu gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaska ştatının ən böyük şəhəri olan Ankoricdə yerləşən Elmenorf-Riçardson bazasında görüşü keçiriləcək.
News24.az “Vesti.ru”-ya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu sammitə Lavrov sinəsində “SSRİ” yazısı olan sviterlə gəlib.
Qeyd edək ki, prezidentlərin görüşünün Moskva vaxtı ilə saat 22:00-da başlanacağı planlaşdırılır.
Danışıqlar iki mərhələdə – əvvəl təkbətək, sonra isə hər iki ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, sammitin əsas mövzusu Ukraynadakı böhranın həlli olacaq.