İdmançılarımız Dünya Oyunlarında gümüş medal qazandı
İdman
Çinin Çenqdu şəhərində keçirilən 12-ci Dünya Oyunları davam edir.
News24.az xəbər verir ki, Unikal-ın əldə etdiyi məlumata görə, sözügedən yarışda aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri Mədinə Mustafayeva və Vladimir Dolmatov qarışıq cütlük kateqoriyası ilə çıxış ediblər.
Onlar ikinci yeri tutaraq gümüş medal qazanıblar.