3 azyaşlı ziyanvericilərə qarşı dərmanı içərək ZƏHƏRLƏNDİ - ŞİRVANDA
    • 5-09-2019, 10:53
    • 914

3 azyaşlı ziyanvericilərə qarşı dərmanı içərək ZƏHƏRLƏNDİ - ŞİRVANDA

Şirvanda üç azyaşlı zəhərlənib.

News24.az-ın məlumatına görə, hadisə Şirvan şəhəri, Tağıyev küçəsi ev 5 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 5  yaşlı Fidan Məlikova, onun qardaşı, 4 yaşlı Ramal Məlikov və onların qonşusu, 7 yaşlı Xanlar Babayev binanın həyətinə qoyulmuş ziyanvericilərə qarşı dərmandan yeyiblər. Uşaqların vəziyyəti qəfildən pisləşib və onlar dərhal xəstəxanaya yerləşdiriliblər.

Zəhərlənən uşaqların müalicəsi davam etdirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. //APA