Azərbaycan son 5 ildə Gürcüstan məktəblərinə 81 427 ədəd dərslik göndərib
    • 5-09-2019, 15:36
    • 628

Azərbaycan son 5 ildə Gürcüstan məktəblərinə 81 427 ədəd dərslik göndərib

Son 5 ildə Azərbaycan tərəfindən Gürcüstanın Azərbaycandilli məktəblərinə göndərilən dərslik və metodik vəsaitlərin sayı açıqlanıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, bu müddət ərzində Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 81 427 ədəd dərslik və metodik vəsait göndərilib.

Sentyabrın 5-də Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2019-2020-cu tədris ili üçün 21 adda 20 622 ədəd dərslik və metodik vəsait göndərilib. Sözügedən dərs vəsaitləri Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.

Xatırladaq ki, "Ana dili" və "Ədəbiyyat" dərsliklərinin mübadiləsi 20 dekabr 2011-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclasında qəbul olunmuş Protokola əsasən həyata keçirilir.

Afaq Mirayiq