-
- 6-09-2019, 11:05
- 775
Binədə evlərdən oğurluq edən keçmiş məhkum SAXLANILDI
Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə Binə qəsəbəsindəki bir neçə evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.
DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılmış, avqust ayı əzrində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisindəki 4 evdən pul, qızıl-zinət əşyaları, kompyuter, mobil telefon və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.
3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olmuş Azər Mirzəyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
O, törətdiyi əməlləri etiraf etmişdir.
Araşdırma aparılır.