Tibb dünyası şokda: 73 yaşlı qadın əkiz uşaq doğdu - 82 yaşlı ata isə həyəcandan xəstəxanalıq oldu
    • 6-09-2019, 16:32
    • 1 766

Tibb dünyası şokda: 73 yaşlı qadın əkiz uşaq doğdu - 82 yaşlı ata isə həyəcandan xəstəxanalıq oldu

Hindistanda tibb dünyasını şoka salan hadisə baş verib.

News24.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, Andra Pradeş əyalətində 73 yaşlı qadın əkiz uşaq dünyaya gətirib.
Manqayanma Yaramati adlı qadın həyat yoldaşı ilə birgə uzun illər övlad sahibi olmağı arzulayıb. Amma hamilə qalmaq mümkünsüz olub. O üzdən son ümid yeri kimi süni mayalanmaya əl atıblar. Bu yöndəki cəhdləri iki aydan sonra müsbət nəticəsini verib. 

Qadının dediyinə görə, övladları olmadıqları üçün qonum-qonşu hər zaman onu aşağılayıb: “Mənə “uşaqsız qadın” adı vermişdilər. Biz övlad sahibi olmaq üçün çox həkimlərə getdik, çox dava-dərman elədik. Amma qismət bu günəymiş. Çox xoşbəxtəm...”

Qeyd edək ki, qadının həyat yoldaşı, ekizlərin atası 82 yaşındadır. 

“Bu xəbərdən çox xoşbəxtəm” deyən Sitarama Rajaraonun aldığı xoş xəbərin həyəcanından ürəyi tutub. O, övladları dünyaya gəldiyi gündən bir gün sonra xəstəxanaya yerləşdirilib.