USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 20°C
  • ŞUŞA 19°C
  • GƏNCƏ 23°C
  • LƏNKƏRAN 25°C
  • ŞƏKİ 24°C
  • QUBA 21°C
  • NAXÇIVAN 20°C

Qubada ayı kəndə hücum etdi Heyvanlar tələf oldu

HADİSƏ

Mətn ölçüsü

Quba rayonunun Küsnətqazma kəndinə ayının hücum edərək kənd təsərrüfatı heyvanlarına zərər vurması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat əsasında İşçi Qrup yaradılıb.


Nazirliyin mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, ETSN-in 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarından və həvəskar ovçulardan ibarət İşçi Qrup vətəndaşların təhlükəsizliyinin təmin olunması və onların əmlakına zərər vurulmasının qarşısının alınması məqsədi ilə sözügedən ərazini nəzarətə götürərək zəruri tədbirlər görür.

Qeyd edək ki, ötən gün gecə saatlarında Küsnətqazma kəndində altı baş inək ayının hücumuna məruz qalıb. Heyvanlardan üçü ölüb, üçü isə yaralıdır.

Xəbəri paylaş: