Xaçmazda ağır qəza - Ölənlər var

Xaçmazda ağır qəza - Ölənlər var Hadisə
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun 4-cü şöbə adlanan ərazisindən keçən hissəsində baş verib. 

“Mercedes” və “Hyundai” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.