Sumqayıtda şəhid anasını təhqir edən şəxs həbs edildi
Hadisə
Sumqayıt şəhərində yerləşən “Pioner Market”də cəmiyyət içində qeyri-etik ifadələr işlədən şəxs inzibati məsuliyyətə cəlb olunub.
News24.az-ın əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü S. Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş protokol şəhər məhkəməsinə göndərilib.
Müəyyən edilib ki, hadisə günü S. Səfərov marketə sərxoş halda daxil olaraq spirtli içkilərin satıldığı şöbəyə yaxınlaşıb. Bu zaman onunla market əməkdaşı arasında mübahisə yaranıb. Daha sonra həmin ticarət müəssisəsində çalışan şəhid anası S. Kərimova (şərti soyadlı) səs-küy salan şəxsi sakitləşdirməyə çalışsa da, S. Səfərov onu da söyərək təhqir edib.
Polis əməkdaşları tərəfindən saxlanılan 35 yaşlı şəxs Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 5 sutka müddətinə inzibati həbs edilib.
Yaşar Araz