Dövlət Sosial Müdafiə Fondu auditor seçir

Dövlət Sosial Müdafiə Fondu auditor seçir Maraqlı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparat və struktur bölmələri üçün 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidməti üçün açıq tender elan edib.

News24.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 22-nə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin qalibi sentyabrın 22-də, saat 17:00-da portalda açıqlanacaq.

Xatırladaq ki, DSMF-nin 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditini "KPMG Audit Azərbaycan" MMC həyata keçirib. Şirkətə 600 min manat ödənilib.