Millimiz Slovakiyaya da məğlub oldu
    • 20-11-2019, 01:37
    • 950

Millimiz Slovakiyaya da məğlub oldu

Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.
News24.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komandamız son turda səfərdə Slovakiya yığmasının qonağı olub.
Hər hissədə bir qol vuran meydan sahibləri millimizi 2:0 hesabı ilə məğlub edib. Bununla da yığmamız seçmə mərhələni 1 xalla başa vurub.
Qrupun digər matçında isə Uels millisi Macarıstanı 2:0 hesabı ilə məğlub edərək qrup ikincisi kimi final mərhələsinə adlayıb.