Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
    • 7-09-2019, 01:55
    • 857

Ermənistan Rusiyadan yeni hərbi texnika aldı

Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və güclənməsi üzrə proqram çərçivəsində Rusiyadan yeni texnika və avadanlıq daxil olub.

News24.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan sentyabrın 6-da Feysbuk səhifəsində yazıb.

Bildirilib ki, Rusiya istehsalı olan “Ural” markalı yeni yük avtomobilləri gətirilib.

Mətbuat katibi həmin avtomobilin şəkillərini paylaşıb.