8 yaşlı uşaq kanala yıxılaraq boğuldu Meyiti kənd sakinləri çıxardı
    • 7-09-2019, 20:32
    • 1 281

8 yaşlı uşaq kanala yıxılaraq boğuldu Meyiti kənd sakinləri çıxardı

İmişli rayonunda uşaq kanalda boğulub.

News24.az xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində yerləşən şor su kollektorunda baş verib.

2011-ci il təvəllüdlü Tağıyev Əli Faiq oğlu su kollektorunun üzərindəki taxta körpüdən keçərkən yıxılaraq suya düşüb və batıb. Uşağın meyiti saat 19:00 radələrində kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.