Səudiyyə kralı oğlunu energetika naziri təyin etdi
    • 8-09-2019, 10:43
    • 799

Səudiyyə kralı oğlunu energetika naziri təyin etdi

Səudiyyə Ərəbistanının yeni energetika, sənaye və mineral resurslar naziri vəzifəsinə kralın oğlu Abdel Əziz ben Salman Əl Saud təyin olunub.

News24.az xəbər verir ki, bu barədə ”Al- Arabiya"telekanalı məlumat yayıb. 

Qeyd edilir ki, şahzadə bu vəzifədə Xaled əl-Falehi əvəz edəcək.

Şahzadə 2005-2017-ci illər ərzində neft nazirinin köməkçisi statusunda idi.

Kral Salmanın dördüncü oğlu  Abdel Əziz yeni təyinatına qədər energetika məsələləri üzrə dövlət naziri vəzifəsini icra edirdi.