Vərəmlə mübarizə yetərsizdir, - ictimai dinləmə keçiriləcək

Vərəmlə mübarizə yetərsizdir, - ictimai dinləmə keçiriləcək Sosial

"Bütün mübarizə tədbirlərinə baxamyaraq, dünyada vərəmə yoluxma artır. Vərəmin müalicəyə tabe olmayan formaları ortaya çıxıb".

News24.az "Unikal"-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında komitə sədri, deputat Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu baxımdan müvafiq qurumların iştirakı ilə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək. 

Komitə sədri qeyd eidb ki, icbari tibbi sığorta bütün xəstəliklərin müayinə və müalicəsini təmin etməlidir:

"Ancaq hələ də görülməmiş işlər çoxdur. Xüsusilə, bizim fikrimiz budur ki, bu gün insanlar arasında yayılmış və tələfat verən xəstəliklərin hər biri icbari tibbi sığorta ilə əhatə olunsun".