Bakıya qar yağacağı tarix açıqlandı

Bakıya qar yağacağı tarix açıqlandı Sosial

Qış mövsümünün bəzəyi olan qar yaxın günlərdə paytaxt Bakıya da üz tutacaq.

News24.az beynəlxalq meteoroloji mənbələrə istinadən xəbər verir ki, yanvarın 16-dan etibarən Bakıda sulu qar yağışının başlaması gözlənilir.

Proqnozlara əsasən, yağıntılar yanvarın 22-dək müşahidə olunacaq. Bu müddət ərzində hava temperatu nisbətən aşağı düşəcək.

Yanvar ayının sonuna qədər sulu qarın fasilələrlə yağması gözlənilir. (Baku.ws)