-
- 10-09-2019, 15:40
- 1 369
Təzə Pir məscidində qanvermə aksiyası - FOTOLAR - VİDEO - YENİLƏNİB
Aşura günü ilə bağlı Təzə Pir məscidində qanvermə aksiyası başlayıb.
News24.azxəbər verir ki, səhər saatları olmasına baxmayaraq qanvermə aksiyasında yüzlərlə insan iştirak edir.
Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva jurnalistlərə açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də aşura günü ilə bağlı tədbir Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilir: "33 məntəqədə qanvermə aksiyaları keçiriləcək. Bunlardan 25 məscid və ziyarətgahlar, 8-i tibb müəssisələrindədir. Qanvermə aksiyası səhər saatlarından başlayıb. Həkimlər tərəfindən müayinələr, sorğu aparılır. Vətəndaşın hər hansı xəstəlik və ya əməliyyat keçirib- keçirmədiyi araşdırılır, daha sonra hemaqlabin səviyyəsi müəyyənləşdirilir. Qan qrupu yoxlanılır. Bundan sonra insanlar qan verirlər. Təbii ki, bu qanlar Mərkəzi qan bankına aparılır. İnfeksiyalara görə müayinələr aparılır. Qan sağlamdırsa, ehtiyacı olan insanlara verilir".
Z.Əlimirzəyeva onu da əlavə edib ki, bu gün səhər saatlarına olan məlumata görə, 600 nəfər qan verib. "Hər il isə 4000 - 5 000 insan bu aksiyada iştirak edir".
Afaq Mirayiq
Foto-Video: Fərid Şabanov