Allahşükür Paşazadə QAN VERDİ
    • 10-09-2019, 11:49
    • 995

Allahşükür Paşazadə QAN VERDİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Qənirə Paşayeva, Hikmət Məmmədov, Səməd Seyidov, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Təzə Pir məscidində təşkil olunan qanvermə aksiyasına qoşulublar.

News24.az xəbər verir ki, qanvermə aksiyasında şeyxin ailə üzvləri də- oğlu Məhəmməd Paşazadə də iştirak edib.

Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, Miladi təqvimi ilə sentyabrın 1-i Məhərrəm ayı başlayıb.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Afaq Mirayiq