Şəkidə sürücü gənc oğlanı maşınla vurub qaçdı

Şəkidə sürücü gənc oğlanı maşınla vurub qaçdı Hadisə

Şəkidə 28 yaşlı kişini avtomobil vurub.

News24.az xəbər verir ki, hadisə Şəki şəhər ərazisində baş verib. Belə ki,1997-ci il təvəllüdlü Əsgərov Hasili avtomobil vurub. O, Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.  /Unikal/