Özbəkistan Prezidenti məzuniyyətə çıxdı

Özbəkistan Prezidenti məzuniyyətə çıxdı Dünya

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 29-dan qısamüddətli iş məzuniyyətinə çıxıb.

News24.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Özbəkistan lideri sonuncu dəfə 2025-ci il yanvarın 6-da qısamüddətli iş məzuniyyətində olub.

Bundan əvvəl isə ötən il iyulun 26-da məzuniyyətə çıxıb, avqustun 5-də işə qayıdıb. Əvvəllər 2024-cü il aprelin 22-dən 29-dək məzuniyyətdə olub.(Teleqraf)