Azərbaycanda bir neçə rayonda qaz verilişi dayandırılacaq
    • 11-09-2019, 09:54
    • 690

Azərbaycanda bir neçə rayonda qaz verilişi dayandırılacaq

Yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir və sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan 17:00-dək bəzi rayonlarda qaz verilişi dayandırılacaq.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə, Şamaxı rayonunun mərkəzində və 1 qəsəbədə, həmçinin saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Afaq Mirayiq