Peşə təhsili ilə bağlı Apelyasiya Komissiyası fəaliyyətə başladı
    • 11-09-2019, 10:09
    • 793

Peşə təhsili ilə bağlı Apelyasiya Komissiyası fəaliyyətə başladı

Peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayıb.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, komissiya 18 nömrəli Bakı Peşə Liseyində (Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A) şikayətləri dinləyəcək.  

Apelyasiya Komissiyasına saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət etmək mümkündür. Komissiya işini sentyabrın 13-də yekunlaşdıracaq. 

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. Avqustun 5-dək 20-dək keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib.