Biləsuvarda AĞIR QƏZA: - 5 nəfər xəsarət aldı
Hadisə
Biləsuvarda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə News24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Mayın 30-u saat 15:00-da yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (ikisi kişi, biri qadın cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir".
***
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı "Ford" markalı yük avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.