Nailə İslamzadənin 13 illik HƏSRƏTİ SONA ÇATDI - FOTOLAR - VİDEO
    • 12-09-2019, 12:27
    • 5 076

Nailə İslamzadənin 13 illik HƏSRƏTİ SONA ÇATDI - FOTOLAR - VİDEO

13 illik fasilədən sonra əməkdar artist, sevilən televiziya aparıcısı Nailə İslamzadə yenidən ekranlara qayıdıb. O, efir fasiləsinə İctimai Televiziyanın dəyərli siması, sevimli aparıcı və uzun illər bu televiziya kanalında tamaşaçılar üçün yaddaqalan verilişlərin peşəkar aparıcısı Saleh Bağırovla yeni layihədə son qoymaq qərarına gəlib.

Saleh Bağırovla bərabər aparıcılıq missiyasını həyata keçirən Nailə İslamzadə həyəcanlı gündə keçirdiyi hissləri News24.az kamerasına danışıb: "Artıq 13 ildir "Salam, hörmətli tamaşaçılar" sözünü demirdim. Elə o an ötən günlərimə qayıtdım. Çox xoşbəxtəm. Bilsəydim bu qədər xoşbəxt olacam, daha tez qayıdardım. Sosial şəbəkələrdə yazılan yüzlərlə şərhlər onu deməyə əsas verir ki, bir televiziya aparıcısı kimi yerim görünüb. Aparıcı olaraq İctimai Televiziya mənim ikinci televiziyamdır. İTV-nin rəhbərliyi tamaşaçılara televiziyaya olan inamı qaytardı, onları yenidən ekran qarşısına toplamağı bacardı. "Ötən günlər" layihəsinin təklifi gələr-gəlməz heç düşünmədən "hə" dedim".

Nailə İslamzadə sentyabrın 21-dən etibarən İctimai Televiziyada sevimli və sözügedən televiziya yarandığı gündən bu ünvanın siması olan Saleh Bağırov ilə birgə "Ötən günlər" adlı layihəni aparacaq. Veriliş ölkəmizin mədəni həyatından bəhs edəcək. Burada köhnə filmlərimizdən, tamaşalarımızdan bilavasitə sənət adamlarının həyatlarından söhbət açılacaq.

Hazırladı:
Sevda Bayramova
Video: Fərid Şabanov